SƏTƏM
”As Avtomatika” MMC-nin əməyin mühafizəsi üzrə SİYASƏTİ
As Avtomatika” MMC-nin rəhbərliyi bəyan edir:
• Məqsədimiz milli və beynəlxalq tələblər əsasında tikinti, istehsal və istismar fəaliyyəti zamanı insanların sağlamlığına və əmlakına ziyan
vurmadan təhlükəsiz iş mühiti yaratmaqdır;
• As Avtomatika MMC işçilərin, podratçı təşkilatların işçilərinin və əhalinin sağlamlığına ziyan vura biləcək təhlükələrin və risklərin
qarşısının alınmasına yönələn fəaliyyəti ön plana çəkir;
• Biz iş yerlərində və istehsalat sahələrində ən müasir, təhlükəsiz texnika və texnologiyaların tətbiqinə nail olmağa çalışırıq; öz fəaliyyətimizdə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair Azərbaycan Respublikası qanunlarının, qaydalarının və digər qanunverici normativ hüquqi aktların tələblərini rəhbər tutur və yerinə yetiririk;
• Rəhbərlik baş vermiş bütün hadisələri tədqiq və təhlil edir, onların bir daha təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsini və bu
barədə işçi heyətin təlimatlandırılmasını və məlumatlandırılmasını həyata keçirir;
• Biz şirkətimiz ilə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və digər tərəfdaşlara əməyin mühafizəsi və təhlükəsizliyi üzrə siyasətimizin
əlçatan olmasını təmin edirik;
• Məqsədimiz işçilərimizin təhlükəsiz avadanlıqlar və lazımi fərdi qoruyucu vasitələr ilə təchiz edilməsi, xəsarət zamanı dərhal ilkin yardım
və tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaratmaqdır;
• Rəhbərlik üçün müntəzəm olaraq əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində siyasətə yenidən baxmaq və lazım gəldikdə ona dəyişikliklər
etmək prioritet məsələlərdən biridir;
• İşçilərimizin əməyin mühafizəsi və təhlükəsizliyi sahəsi üzrə biliklərinin, vərdişlərinin yüksəldilməsi istiqamətində müvafiq işlər həyata keçiririk;
As Avtomatika MMC -nin rəhbərliyi bütün prinsiplərə əməl edərək iş zamanı insanların təhlükəsizliyinə, sağlamlığına və əmlakına zərər vura biləcək
təhlükələrin və risklərin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün tədbirlərdən istifadə etməklə bu siyasətin həyata
keçirilməsinə nail olmağa çalışır.