Haqqımızda

Biz kimik?

AS Avtomatika MMC şirkəti Azərbaycan Sənaye bazarında 20 ildən çox fəaliyyət göstərir. AS Avtomatika MMC şirkəti Azərbaycan Respublikasının daim inkişaf edən sənaye və sənaye avtomatikası sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir. Şirkətimiz iş zamanı Schneider Electric, Siemens, Esit, Delta, Entes, Baykon, ABB brendlərinə məxsus məhsullardan istifadə edir. Sürətli şəkildə böyüyən şirkətimiz qısa müddət ərzində dünyaya açılaraq, xarici ölkələrdə öz əhatə dairəsini genişləndirmişdir. AS Avtomatika MMC şirkəti ISO 9001 ve ISO 45001 standartlarına cavab verən yüksək texnoloji məhsulları ilə bazarda önəmli bir yerə sahibdir. Ölkə xaricində olan müktəlif marka və məhsul istehsalçıları ilə sağlam əməkdaşlıq əlaqələri quran şirkətimiz bir neçə xarici brendin yerli təmsilçilərindən biridir.Biz bu günə kimi 200-ə qədər avtomatika və elektrik idarəetmə sistemləri istehsal etmişik. Bu layihələri yalnız yerli deyil, həm də qlobal bazarda reallaşdırıb, “Made in Azerbaijan” brendini Rusiya, Moldova, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarusiya və İran kimi ölkələrdə daha da populyarlaşdırırıq.

Məqsədimiz

AS Avtomatika MMC şirkəti hər zaman müştəri məmnuniyətinə yönəlik məhsul və xidmətlər təklif etmə məqsədindədir. Müştərinin ehtiyaclarını qarşılayan və bu mövzudakı hər addımı atmağa hazır uzun müddətli iş birliyi ilə “qazan-qazandır” politikasını özünə prioritet seçmişdir. Şirkətimiz məhsulların inkişafı və hər gün artan keyfiyyətini qoruyarkən rəqabətcil qiymətlər təklif edərək, müştəri fikirlərini daim əsas götürərək həllər istehsal edir. Hazırda əsas məqsədimiz kənd təsərrüfatı texnikasının bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, kəsim sexləri, yem fabrikləri, havalandırma sistemləri və emal avadanlıqlarını, qida sektorunda un dəyirmanları, çörək zavodları, ət və ət məhsulları istehsalı müəssisələrində, yağ istehsalında qablaşdırma avadanlıqları təklif edir, dəzgahların modernləşdirilməsi və servisini həyata keçirdirik. Yük
qaldırma avadanlıqlar körpü kranlar və telferlərin elektrik idarəetmə sistemlərinin yenidən qurma işlərini tam profesional şəkildə icra edirik.

Sualınız var? Lütfən aşağıdakı formanı doldurun.

Tezliklə əlaqə saxlamağımız üçün, aşağıdakı formanı doldurun.