Dünya müasirləşdikcə müasir yem zavodlarının qurulmasına daha çox ehtiyac duyulur. AS Avtomatika MMC Azərbaycan və MDB ölkələrinə, dünya standartlarına uyğun, fərqli istehsal gücünə malik olan sıfırdan layihələndirmə ilə yem fabrikləri üçün yarım avtomatik idarəetmə sistemi və ya tam avtomatik idarəetmə sistemi həllərini təklif edir. AS Avtomatika MMC şirkəti yem fabriklərində olan proqram təminatının ölkə daxilində istifadəsi daha rahat olsun deyə proqram təminatını Azərbaycan dilində və bundan əlavə olaraq müştərinin istəyinə uyğun müxtəlif dillərdə yazır. AS Avtomatika MMC şirkəti yem fabriklərində baş verən bütün prosesləri avtomatlaşdırır.
Quş saxlama sexlərinin havalandırma sistemləri: AS Avtomatika MMC şirkəti quş saxlama sexlərində havalandırma sistemini iki iş rejimi ilə yarım və tam avtomatik idarəetmə sistemi həllərini təklif edir. Onun köməyi ilə məlumatlar toplanır və simsiz və ya simli kanallar vasitəsilə ötürülür, bunun əsasında avadanlıqların və texnoloji bazanın işləməsinin effektivliyi sonradan qiymətləndirilir. Avtomatlaşdırılmış sistem müxtəlif sensorlardan istifadə edərək, qeydə alınmış proqrama uyğun olaraq ötürücülərə nəzarət edir. Bu, sexin içərisində müxtəlif zonalarda müəyyən edilmiş mikroiqlim parametrlərini (temperatur,havamübadiləsi, rütubət) saxlamağa imkan verir.