Xammal saxlanma anbarlarının avtomatik və manual idarə edilməsi

Xammal saxlama anbarları istehsal üçün tələb olunan malların səmərəli şəkildə saxlanılması və işlənməsi üçün nəzərdə tutulmuşdur. Xammalın növündən, yağlılığından, rütubətliliyindən, saxlanıldığı mühitin iqlimindən asılı olaraq ona uyğun saxlama anbarlarına ehtiyac duyulur. AS Avtomatika MMC şirkəti xammal saxlama anbarları üçün göstərdiyi xidmət tam avtomatik və yarım avtomatik olaraq 2 ayrı idarəetmə növünü özündə birləşdirən PLC, SCADA sistemindən ibarətdir. Şirkətimiz iş zamanı Schneider Electric, Siemens, Esit, Delta, Entes, Baykon, ABB brendlərinə məxsus məhsullardan istifadə edir.

AS Avtomatika MMC şirkəti xammal saxlama anbarlarında avtomatik idarəetmə sistemi nəticəsində xammalın yüklənməsi, boşaldılması kimi bütün prosesləri idarə etməklə yanaşı həm də nəzarət edir. Şirkətimiz xammal saxlama anbarları üçün olan proqram təminatının ölkə daxilində istifadəsi daha rahat olsun deyə proqram təminatını Azərbaycan dilində və bundan əlavə olaraq müştərinin istəyinə uyğun müxtəlif dillərdə yazır. Xammal saxlama anbarlarının avtomatik idarəetmə alqoritmi yazılarkən operatorun edə biləcəyi xətalar, eləcə də prosesdə baş verə biləcək xətalar öncədən nəzərə alınaraq təhlükəsiz iş rejimi təmin edilir. Proqram təminatımiz işıq, havalandırma sistemlərinin və istilik elementlərinin idarəetməsini təmin edir, eləcədə müəssənin təhlükəsizliyinə nəzarət edir.

Tezliklə əlaqə saxlamağımız üçün, aşağıdakı formanı doldurun.