Dəzgahlar bir çox sənaye sahələrində istehsalın əsasını təşkil edir. Maşınların istifadə müddətini uzatmaq üçün onların bərpası və ya moderinləşdirilməsi üzrə işlər görülməlidir. Hazırda AS Avtomatika MMC şirkəti dəzgahlarının moderinləşdirilməsi və servisi üzrə zəngin təcrübəyə malikdir. Bütün işlər öz istehsal sahəmizdə, yüksək ixtisaslı
mütəxəssislər tərəfindən həyata keçirilir. Metal kəsən dəzgahların moderinləşdirilməsi sənaye avadanlığının yenilənməsinə yönəlmiş, daha yüksək məhsuldarlıq səviyyəsinə və qabaqcıl istehsal texnologiyalarının
mənimsənilməsinə imkan verən tədbirlər kompleksinin ən mühüm tərkib hissəsidir.
Metal kəsən dəzgahların standart olaraq moderinləşdirilməsi CNC sistemlərinin, elektrik mühərriklərinin, ötürücülərin və digər elektro-avtomatik avadanlıqların dəyişdirilməsini nəzərdə tutur. Bu tədbirlər kompleksi istənilən qrupun metal emalı maşınlarıda istifadə üçün hazırlanır və tam idarəetmə sistemi (CNC) hesab olunur. Şirkətimiz iş zamanı Schneider Electric, Siemens, Esit, Delta, Entes, Baykon, ABB brendlərinə məxsus məhsullardan istifadə edir. Mütəxəssislərimiz texniki xidmətlə yanaşı, onun istismarında ciddi nasazlıqlar aşkar
edilərsə, avadanlıqlarınızda kiçik və orta təmir işləri aparmağa da hazırdırlar.