Dünya müasirləşdikcə müasir yem zavodlarının qurulmasına daha çox ehtiyac duyulur. AS Avtomatika MMC Azərbaycan və MDB ölkələrinə, dünya standartlarına uyğun, fərqli istehsal gücünə malik olan sıfırdan layihələndirmə ilə yem fabrikləri üçün yarım avtomatik idarəetmə sistemi və ya tam avtomatik idarəetmə sistemi həllərini təklif edir. AS Avtomatika MMC şirkəti yem fabriklərində olan proqram təminatının ölkə daxilində istifadəsi daha rahat olsun deyə proqram təminatını Azərbaycan dilində və bundan əlavə olaraq müştərinin istəyinə uyğun müxtəlif dillərdə yazır. AS Avtomatika MMC şirkəti yem fabriklərində baş verən bütün prosesləri avtomatlaşdırır.
Yem fabrikləri standart deyil. Buna görə də istehsal gücünə və bir sıra digər xüsusiyyətlərinə uygun yem zavodu seçmək üçün ən asan yol bizə zəng etmək və bir sıra texniki suallara cavab almaqdır. Biz də öz növbəmizdə sizin seçiminizə uyğun kommersiya təklifi hazırlayıb göndərə biləcəyik. Təklif etdiyimiz sistemləri öz müəssisələrinizdə tətbiq etməklə, daimi olaraq texnoloji proses haqqında cari informasiyanı əldə edə və prosesə reqlament üzrə müdaxilə edə biləcəksiniz. Eyni zamanda sistem topladığı proses informasiyasını bazada saxladığı üçün müəyyən zaman intervalında prosesin keçmiş vəziyyətini, baş vermiş hadisələri və operator tərəfindən prosesə edilən müdaxilələri də analiz etmək imkanınız olacaq.
AS Avtomatika MMC şirkətinin yem fabriklərində göstərdiyi xidmətdən mümkün qədər çox şey əldə
etməyə imkan verir:
– Çeviklik və səmərəlilik
– Enerji səmərəliliyi
– Peşəkar mütəxəssislərdən ibarət servis xidməti
– Zavod avtomatlaşdırılması